Azərbaycanda bir ilk: Şəbəkəsiz də zəng etmək mümkün olacaq

3-12-2015, 16:06
0
Azərbaycanda bir ilk: Şəbəkəsiz də zəng etmək mümkün olacaq
"Azercell Telekom" MMC daha bir texnoloji yeniliyin tətbiqinə başlayacaq.
 
Bu barədə "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev “Bakutel 2015” sərgisi çərçivəsində təşkil olunan brifinq zamanı bildirib.
 
"Bu texnologiyanın tətbiqi imkan verir ki, müştərimiz şəbəkə olmayan yerlərdə "wi-fi"ya qoşularaq istədiyi yerə zəng etsin. Bu, son dərəcə müasir texnologiyadır. Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün müvafiq dövlət orqanlarından lisenziya alınmalıdır. Texnologiyanı Azərbaycana gətirməzdən öncə biz müvafiq sənədləri toplayıb lisenziya üçün müraciət edəcəyik. Lisenziya üçün müraciət vaxtı və texnologiyanın gətirilmə vaxtı ilə bağlı hal-hazırda dəqiq tarix demək mümkün deyil, amma 2016-cı ilin sonunadək biz bu addımı atmağı planlaşdırırıq. İstənilən halda bu texnologiya Azərbaycan gətiriləcək", - deyə V. Mürsəliyev deyib.
 
Tariflərə gəlincə, V. Mürsəliyev bildirib: "Ən pis halda mövcud danışıq tarifləri səviyyəsində və ya daha ucuz olacaq".
скачать dle 12.1
Xəbər lenti