Uşaqlarımızı 18+ videolardan necə qoruyaq?

4-12-2015, 13:31
0
Uşaqlarımızı 18+ videolardan necə qoruyaq?
Müasir dövrün uşaqlarını cizgi filmi izləmədən təsəvvür etmək mümkün deyil. Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər.  Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə, uşaqlarda televizora maraq 18 aylığından yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. Uşaqlarda 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş artır. 3-6 yaş arası uşaqlarda isə, bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izləyərkən "məna" axtardığını ortaya çıxardıblar. 6-11 yaş qrupuna daxil olan uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.
 
Ümumiyyətlə, uşaqların baxdığı hər şey, tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozuntuya da səbəb ola bilər. Ona görə də uşaq daim nəzarətdə saxlanılmalıdır. Bəzən analar uşaq narahat etməsin deyə, övladlarına diqqətsiz yanaşırlar. Uşaqlar da bəzən özləri də bilmədən 18+ videolarına tıklayırlar. Bu da əlbəttə, öz növbəsində uşağın həm psixoloqiyasına, həm tərbiyəsinə zamanla təsir edəcək.  Ona görə də, uşağa laqeyid yanaşmaq olmaz. Bəs necə edək, uşaqlar 18+ videolarını tıklaya bilməsinlər? Bunun bir çıxış yolu varmı? Bu mövzuyla  ATV kanalının İT mütəxəssisi Eyvaz Kərimova müraciət etdik.
 
O bildirdi ki, bu halı aradan qaldırmaq üçün, mobil telefonlara və planşetlərə qadağa qoymaq kimi bir proqram yoxdur. Ancaq kompüterlər üçün müəyyən proqramlar var. Bu proqramlar kompüterə yükləndikdən sonra 18+ videoları izləmək olmur.  
 
Milyonlarla videonu özündə cəmləşdirən "Youtube" sehifəsində uşaqların izləməsinin uyğun olmadığı videolar da mövcuddur. Uşaqların belə videoları izləməyinin qarşısının alınması üçün "Restricted Mode" bölməsindən istifadə edə bilərsiniz. Bu əməliyyatı yerinə yetirmək üçün, "Youtube" ünvanınızın olması daha məqsədəuyğundur.
 
 
 
 
Daha sonra isə səhifədə ən alt bölmədə yerləşən “Restricted Mode”ni Off vəziyyətində saxlayın.
 
Digər səhifələrdə olan bu kimi 18+ videoların izlənməsinin qarşısının alınması üçün bəzi lazım olan proqramlardan istifadə olunmalıdır. Bu proqramlardan biri olan K9-u misal göstərmək olar. Hansıki bu tətbiqetmə sayəsində bütün bu tipli səhifələri bloklamaq mümkündür.
 
Proqramı tətbiq etmək və daha ətraflı məlumat əldə etmək üçün linkdən istifadə edin.
скачать dle 12.1
Xəbər lenti