"Votsap"ınızda problem varsa bunları edin

26-12-2015, 22:15
0
"Votsap"ınızda problem varsa bunları edin

informasiya təhlükəsizliyi üzrə müstəqil ekspert İndracit Bhayan Votsap mesencerini necə sındırmağın mümkün olduğunu öyrənib.

The Hacker News bildirir ki, Bhayan Votsap mesencerində smayliklərin  köməyi ilə tətbiqin işini dayandıra biləcək səhv tapıb.

Mesencer istifadəçinin 4-5 min emoji almasından sonra sıradan çıxa bilər. Ekspert vurğulayır ki, bu, Androiddə olan tətbiqi  tam «sındırır», iOS da isə donur.

Müstəqil ekspertin sözlərinə görə, problemi həll etmək üçün  bu qədər smaylik göndərən istifadəçi ilə  bütün yazışmaları  silmək lazımdır.

скачать dle 12.1
Xəbər lenti