Məktəbin direktor müavini özünü yandırıb

7-01-2016, 14:44
0
Məktəbin direktor müavini özünü yandırıb
Neftçala şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.
 
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
 
Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.
 
Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
скачать dle 12.1
Xəbər lenti