Robot sosial mediada postları, şəkil, video və mətni təhlil edə biləcək

8-01-2016, 17:20
0
Robot sosial mediada postları, şəkil, video və mətni təhlil edə biləcək
Las-Veqasda keçirilən "CES 2016" adlı yüksək texnologiyalar sərgisində "IBM" şirkəti ilə "Pepper" robotunun istehsalçısı Yaponiyanın "Softbank" texnologiya şirkəti arasında saziş imzalanıb.
 
Sazişə əsasən, sözügedən robot "IBM" şirkətinə məxsus planetin ən "ağıllı" kompüteri hesab edilən  "Watson" superkompüterinə qoşulacaq.
 
"www.naked-science.ru" resursu yazır ki, təkmilləşdirilmiş "Pepper" robotu məlumatları (məsələn, sosial mediada postları, şəkil, video və mətn) təhlil edə bilər ki, bu da adi kompüterlər üçün əlçatmazdır.
 
Robotun sahibi ona müdaxilə edə biləcək və süni intellekti gördüyü işə müvafiq olaraq dəyişdirmək imanına malik olacaq.
 
Qeyd edək ki, ekspertlərin məlumatına görə, 2019-cu ilədək dünya "istehlak" robotları bazarının həcmi 1.5 milyard dollar təşkil edəcək.
скачать dle 12.1
Xəbər lenti