Dünyanın ən bahalı şirkəti açıqlandı

2-02-2016, 17:28
0
Dünyanın ən bahalı şirkəti açıqlandı
Əsasını "Google" şirkətinin təşkil etdiyi "Alphabet" dünyanın ən bahalı şirkəti ünvanını alıb.
 
Şirkət rəhbərliyi ötən ilin 4-cü rübündə gəlirlərinin 4.9 milyard dollar təşkil etdiyini açıqlayıb. Bu, şirkətin əvvəlki il ilə müqayisədə 0.2 milyard dollar artıq qazanc əldə etdiyini göstərir. Açıqlamadan dərhal sonra şirkətin səhmləri də dəyər qazanıb. Səhmlərin 9 faiz bahalaşdığı bildirilir.
 
Hazırda şirkətin ümumi dəyəri 568 milyard dollar təşkil edir. Şirkət bununla Amerikanın (ABŞ) "Apple" şirkətini də geridə qoyub. "Apple"in dəyəri, ümumilikdə, 535 milyard dollar təşkil edir.
 
"Google Alphabet" 2015-ci ildə "Google"dən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlayıb. Lakin hər iki şirkətin rəhbərliyi dəyişməz olaraq qalır.
 
"Google"nin reklamdan əldə etdiyi gəlirlər 17 faiz artıb. Şirkət rəhbərliyi reklamların da sayında 31 faiz artım müşahidə olunduğunu bildirib.
скачать dle 12.1
Xəbər lenti