Telefonumuz suya düşsə...

29-08-2015, 17:41
0
Telefonumuz suya düşsə...

Mobil telefonların suya düşən zaman işləməməsi və yaxud da, ekranda suyun qalması kimi problemlərlə demək olar ki, çox rastlaşmışıq. Bu problemi aradan qaldırmaq üçün isə, inandırıcı gəlməsə də, bizə bir ədəd böyük qab və düyü lazımdır. Bildiyimiz kimi, düyünün xüsusiyyətləri arasında ən diqqət çəkən maraqlı məqam - onun nəmişliyi və yaxud da, rütubəti özünə çəkmək xüsusiyyətinə malik olmaqdır. Buna görə də, telefon suya düşəndə mütəxəssislər aşağıdakı tövsiyələri verirlər.

1. Telefonu sudan çıxardıb, dərhal söndürmək lazımdır.

2. Daha sonra isə, əgər telefonun batereyası çıxardıla bilirsə, dərhal çıxardılmalıdır. Yox, əgər batereyası çıxardılmayan telefondursa, narahat olmayın, onu bütöv halda deyəcəyimiz şəkildə, yerləşdirərsiz.

3. Düyünü qabın içinə tökürük. Düyü bişməmiş olmaq şərti ilə.

4. Telefonu söndürülmüş və batareya çıxardılmış və ya çıxarıla bilməyən elə bütöv halda düyünün içində basdırmaq lazımdır. Batareyası çıxardılan telefonlarda isə, həm telefon və həm də batareya basdırılmalıdır.

5. 24 saat keçdikdən sonra telefonu basdırdığımız qabdan çıxardıb, heç nə olmamış kimi istifadə edə bilərik. Telefonun yenidən öz əvvəlki vəziyyətinə qayıtmasına səbəb - düyünün nəmi çəkmək qabiliyyətinə malik olmasıdır.

 

 

скачать dle 12.1
Xəbər lenti