Texnologiya – faydalar və zərərlər

30-05-2016, 18:49
0
Texnologiya – faydalar və zərərlər

“Hər üç evlilikdən biri onlayn başlayır. Bu evliliklərin çoxu da müxtəlif yerlərdən insanları bir araya gətirir. Fikrimcə, bu, dünya üçün müsbət bir haldır,” deyə o bildirir.

Texnologiyanın üçüncü faydalı tərəfi isə tələbələr üçün əvvəllər mövcud olmayan imkanların verilməsindən ibarətdir.

Linda Börç: “İndiki dövrdə uşaqların öz yaradıcılıqlarını nümayiş etdirmək üçün texnologiyadan istifadə etməsi inanılmazdır. Bu sahədə gənclərin istedadı adamı həyəcanladırır.”

Amma bu həyəcanla yanaşı valideynlərin bir çoxu texnologiya qarşısında qorxu hissi də keçirir.

“Biz firikləşirik ki, görəsən texnologiya övladlarımızın beyninə necə təsir göstərir? Bu uşaq necə olacaq? Artıq iki yaşından bəri texnologiyadan istifadə edən uşaqla bu dünyada nnecə baş aça biləcəyik?” deyə Linda Börç əlavə edir.

Araşdırmanın nəticələri göstərir ki, ekran qarşısında çox vaxt keçirmək insanların əsas sosial davranışlarını məhdudlaşdırır.

“So 30 ildə, universitet tələbələri arasında mərhəmət dərəcəsini ölçmək üçün istifadə etdiyimiz imkanlar 40 faiz azalıb,” deyə sosioloq alim Şerri Törkl bildirir.

O deyir ki, mərhəmət insanların bir-biri ilə canlı ünsiyyət qurduqları zaman yaranıb inkişaf edir. Onun sözlərinə görə, texnologiya insanları başqa davranış vərdişlərindən da məhrum edir.

Texnologiyanın faydalı və zərərli tərəfləri haqda debatlar davam etdiyi vaxt o, inkişafına davam edir və insanların texnologiyadan necə istifadə etməli olduqları barədə yeni müzakirələrə yol açılır.

скачать dle 12.1
Xəbər lenti