Azərkosmos “Spacecom” ilə əməkdaşlıq müqaviləsi imzalayıb

18-03-2023, 13:23
11 244
Azərkosmos “Spacecom” ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərkosmos İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb.

AMOS telekommunikasiya peyklərinin operatoru olan “Spacecom” Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir. Azərkosmosla əməkdaşlıq sayəsində Azerspace peyklərinin imkanlarından istifadə edərək “Spacecom” şirkəti xidmət coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata keçirəcək.

Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan “Spacecom” Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət göstərəcək.

“Əməkdaşlığımız Azərkosmos və “Spacecom” arasında birgə inkişafa gedən yolun başlanğıcıdır. AMOS peykləri vasitəsilə Avropa, Afrika və Asiyadan olan müştərilərimizin sayını artıracağıq”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Spacecom”un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq qeyd edib ki, Azərkosmosun telekommunikasiya və teleport xidmətlərindən istifadə etməyimiz kosmosla bağlı birgə fəaliyyətimizin inkişafı üçün mühüm addımdır. Azerspace peykləri Afrika bazarındakı ən dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli xidmətlər təqdim ediləcək.

ACS_8954.jpg (32 KB)

скачать dle 12.1
Xəbər lenti