Yoxa çıxan paytaxt avtobusları

23-09-2015, 19:12
0
Yoxa çıxan paytaxt avtobusları

Bakıda avtobus parkının yenilənməsi məqsədi ilə tezliklə ölkəyə müasir standarlara cavab verən yeni partiya avtobuslar gətiriləcək. 

Bu barədə ANS PRESS-ə açıqlamasında Nəqliyyat Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Nəsənov məlumat verdi. Qurum rəsmisi paytaxtda fəaliyyət göstərən avtobusların bəzilərinin xətlərinin uzadılmasına, bir çoxunun isə ümumiyyətlə ləğv edilməsi məsələsinə də aydınlıq gətirdi. 

Namiq Nəsənov bildirdi ki, bu addımların hər biri şəhərdə tıxac probleminin həll edilməsi və sıxlığın qarşısının alınması üçün atılıb. Nazirlik rəsmisi bildirdi ki, bütün sərnişinlər evlərinə bir avtobusla getmək istəyir amma bu günkü sıxlıqda bunu etmək mümkün deyil.

“Elə istiqamətlər var ki, ora onlarla avtobuslar hərəkət edirdi. Biz onları xətdən çıxardıq. Bəzi vaxtlar sərnişinlər üç avtobus dəyişir. Məqsəd ondan ibarət deyil ki, sərnişini hara ürəyi istəyir ora aparaq. Əsas məsələ sərnişinləri metrostansiyalarına daha da yaxınlaşdırmaqdır. Metrostansiyalarına çatan sərnişinlər alternativ nəqliyyat vasitələrindən istifadə etməklə hansı istiqamətdə istəyir minib gedə bilər.”- deyə Namiq Həsənov əlavə etdi.

Namiq Həsənov-Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri

 

Sürücülər isə bildirirlər ki, bir çox avtobus xətlərinin ləğv olunmasına baxmayaraq onlar yenə də tıxacla sıxlıqla üzləşirlər və nəticədə onlara verilən vaxt ərzində qoyulan məsafəni başa vura bilmirlər. 

Paytaxtda uzaq məsafəyə hərəkət edən 5 nömrəli N.Nərimanov" m/st – “20-ci Sahə” xətt avtobusunun sürücülərində biri ANS PRESS-ə bildirdi ki, bu məsafəni qət etmək üçün onlara 1 saata qədər vaxt verilsə də, tıxac olduğuna görə yenə də vaxtında çata bilmirlər . 

“Çünki “28 May” metrostansiyasının ətrafı daxil olmaqla bir çox ərazilərdə tıxaclarla üzləşirik. Elə vaxt olur ki, təxminən 14-16 kilometrlik məsafəni tələb olunan vaxtda deyil, 30-40 dəqiqə gecikmələrlə başa vururuq”.-deyə sürücü bildiridi.

Avtobus sürücüləri deyirlər ki, belə uzaq məsafəli avtobuslar üçün xüsüsi yollar ayrılsa daha yaxşı olar. "Həm bir bizdən tələb edilən vaxtda sonuncu dayanacağa çata bilərik, həmdə ki, sərnişinlər istədikləri yerə daha tez gedib çata bilər".

Yeni 5 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov metrostansiyası–Təbriz küçəsi–Azadlıq prospekti–28 May metrostansiyası– Puşkin küçəsi–Azadlıq prospekti–Zərifə Əliyeva küçəsi –Ə.Yaqubov küçəsi–20-ci sahədir.

5 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti 

 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib ki, yaxın müddət arzində 13 marşrut xətti istifadəyə veriləcək. Beləliklə bir çox avtobus xətlərinin ləğvindən sonra sərnişinlərin yaranan narazılığına son qoyulacaq. 

Türkiyənin ən böyük şəhəri İstanbulda uzun məsafə üçün nəzərdə tutulan avtobuslara xüsusi yollar ayrılıb. Sərnişinlər magistral yolların ortasında yaradılan bu hərəkət zolaqlarına xüsusi keçidlər vasitəsi ilə keçib, tıxacsız tez bir zamanda mənzil başına çata bilirlər. 

Türkiyədə Metrobus xətti

 

İstanbul sakinləri Topkapı-Avcılar arası məsafəni əvvələr 67 dəqiqəyə qət edirdilər. İndi isə onlar mertonun hərəkət sisteminə uyğun vaxtında dayanacaqlara çatan metrobuslarla eyni məsafəni 27 dəqiqəyə başa vururlar.

Həmçinin qonşu İranda da bu tipli yollara və avtobuslara rast gəlmək olar. 

İranın paytaxtı Tehran küçələrində xüsusi avtobus yolu

скачать dle 12.1
Xəbər lenti