Bilgəhdə ahıllar müayinə ediləcək

24-09-2015, 20:12
0
Bilgəhdə ahıllar müayinə ediləcək
Bilgəh qocalar evində məskunlaşmış 100-dən çox ahılın oktyabrın 1-i "Beynəlxalq ahıllar günü" münasibətilə müayinəsi həyata keçiriləcək.
 
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müayinə prosesi sentyabr ayının 15-dən elan olunmuş "Açıq qapı aylığı" çərçivəsində sentyabrın 28-də saat 11:00-da baş tutacaq. Müayinədə heriatr, kardioloq, LOR, göz həkimi iştirak edəcək.
 
Qeyd edək ki, oktyabr ayının 15-nə kimi paytaxt poliklinikalarında "Açıq qapı aylığı" keçiriləcək. Aylıq heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçirilir. Tədbirlər planına müxtəlif təşkilatlarda həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstərilməsi və ehtiyac olduğu halda onların dispanser qeydiyyatına götürülməsi nəzərdə tutulub.
 
Aylıq çərçivəsində Ş.M.Həsənov adına "Sağlamlaşdırma və reabilitasiya" poliklinikasına şəhər poliklinikalarından göndərişlə müraciət edən xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklərlər əvvəlcə müayinə olunacaq, müayinədən sonra xəstələr müalicə kursu təyin olunacaq. Müayinə kursu əsasən sağlamlaşdırıcı və reabilitasiya metodlarıdır ki, bura müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynərefleksoterapiya, massaj, psixoterapiya, musiqi terapiyası, müalicəvi qidalanma və.s müalicə üsullarından ibarətdir.
 
Aylıq ərəfəsində paralel olaraq şəhər poliklinikalarında terapevt-herontoloqlar cəlb olunmaqla Milli Elmlər Akademiyasının Fiziolojiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə birgə herontologiyanın aktual problemlərinə dair seminar keçiriləcək.
скачать dle 12.1
Xəbər lenti