ABŞ Nümayəndələr Palatasının sədri istefa verdi

26-09-2015, 20:07
0
ABŞ Nümayəndələr Palatasının sədri istefa verdi

ABŞ Nümayəndələri Palatasının spikeri Con Boeyner Konqresdən istefaya getdiyini bəyan edib. O  rəhbərliyi altında uzanan problemlərin Nümayəndələr Palatasına xələl gətirdiyini əsas gətirərək oktyabrın sonunda palatadakı yerini təhvil verəcəyini bildirib.

Ohayo ştatında Respublikaçı namizəd olan Boeyner deyib ki, o, zatən ilin sonunda spiker vəzifəsini tərk etməyi planlaşdırıb, ancaq mühafizəkarların arasındakı münaqişənin Nümayəndələr Palatasına hədə törətdiyindən o, planına tələsdirməli olub.

“Hər bir spikerin birinci işi hamımızın sevdiyi bu institutu qorumaqdır” – deyə cənab Boeyner bildirib.

“Məsələ məndən getmir. Söhbət xalqdan və institutdan gedir”.

1990-cı ildən fəaliyyət göstərən Con Boehner bir neçə məsələdə Respublikaçıların sağ qanadının güclü təzyiqləri ilə üzləşirdi.

 

скачать dle 12.1
Xəbər lenti