Yasamalda yaşayış binası yandı

26-09-2015, 20:27
0
Yasamalda yaşayış binası yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytı bildirir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

скачать dle 12.1
Xəbər lenti