İraqda 18 Türk qaçırıldı (Son Dəqiqə)

3-09-2015, 05:33
0
İraqda 18 Türk qaçırıldı (Son Dəqiqə)

Türkiyə baş naziri müavini numan Kurtulmuş "Bağdadda türk inşaat şirkətində işləyən 18 türkiyə vətəndaşı qaçırılmışdır. İraqla çox sıx təmaslarımız davam edir" deyə açıqlama verib.

Baş nazirin müavini "İraq səlahiyyətliləri də hələlik olayın necə baş verdiyi və kimlər tərəfindən həyata keçirildiyi haqqında bilgiyə sahib deyillər" deyə əlavə edib.

qaynarxeber.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nurol Holdingin olayla bağlı açıqlamasında Bağdadın Sadr rayonunda 30 min nəfərlik stadionun inşaatına edilən hücumda qaçırılan 18 nəfər türk Holdingin işçisi olub. Hadisə saat 03:00 radələrində inşaata kimliyi məlum olmayan qrup tərəfindən olub.
Hadisədən sonra Holding rəhbərliyi yerli hüquq mühafizə xidməti və Türkiyə Xarici İşlər Nazirliyinə xəbər verib.

Türkiyə XİN sözçüsü Tanju Bilgiç qaçırılan 18 nəfər işçinin 14-ü usta, 3-ü mühəndis və 1 nəfər isə mühasib olduğunu bildirərək, "kaçırılma zamanı şirkəttə Türk işçilərin digər ölkə vətəndaşlarından ayıraraq seçmiş olduqları bilgisini aldıq" dedi.

informasiya şöbəsi

скачать dle 12.1
Xəbər lenti