Azərbaycan Xalça Muzeyində “Sevinən ölkəm” adlı tədbir keçirildi

20-10-2015, 00:20
0
Azərbaycan Xalça Muzeyində “Sevinən ölkəm” adlı tədbir keçirildi
Bu gün Azərbaycan Xalça Muzeyinin Uşaq  Muzeyi şöbəsi Dövlət Müstəqilliyi günü  ilə əlaqədar “Sevinən ölkəm”  adlı tədbir təşkil edib.
Tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Sevinən ölkəm” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənətinə aid nümunələr nümayiş olunub. Tədbirdə iştirak edən, həmçinin muzeyin məktəbli qonaqlarına “Mənim Müstəqil dövlətim” adlı intelektual oyun və  Müstəqillik gününü əks etdirən suallar verilib. 
“Uşaq Muzeyi” şöbəsinin təqdimatında “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması,“Özün toxu”(kilim, palaz  toxunuşunun nümayişi), “Öz xalçanı yarat” (kompyuterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (vətənə sevgi hissini uşaqlara yaşatmaq üçün, üz və əllərinə  xüsusi   boyalarla Dövlət atributlarının təsviri) məktəbli şagirdlər tərəfindən çox maraqla qarşılanıb.
 
 “Sevinən ölkəm”  adlı tədbir Maisə Əzizovanın bədii rəhbərliyi ilə  “Uşaq teatrı”  dərnək üzvülərinin ifalarında Tofiq Quliyevin  “Bakı haqqında mahnı”sı,  Nikolay Ostrovskiyin “Qoy həmişə günəş olsun”,“Arşın mal-alan”  Operettasından qızların xoru,  Qaynana  filmindən “ Biz  mehriban  ailəyik”  və Emin  Sabitoğlunun “Siravi  Əhməd” adlı   musiqi nömrələri ilə davam etdirildi.
 


скачать dle 12.1
Xəbər lenti