Polis gücləndirilmiş iş rejiminə keçdi - SEÇKİLƏRLƏ ƏLAQƏDAR
29-10-2015, 14:23
0
Polis gücləndirilmiş iş rejiminə keçdi - SEÇKİLƏRLƏ ƏLAQƏDAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
скачать dle 12.1