Lənkəran çayının son vəziyyəti - VİDEO
31-10-2015, 17:30
0
Lənkəran çayının son vəziyyəti - VİDEO
Oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb.
Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb. Təxirəsalınmaz işlər davam etdirilir.
Qeyd edək ki, güclü yağıntılar səbəbi ilə Lənkəran çayının səviyyəsi də xeyli qalxıb.
скачать dle 12.1