Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda açıqlama yaydı
1-11-2015, 21:30
0
Baş Prokurorluq Elşad Abdullayevin bacısı oğlu haqda açıqlama yaydı
Baş Prokurorluğun mətbuat xidməti Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin həbs olunmasını təkzib edir. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub. Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb.
Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb.
скачать dle 12.1