Hazırda həbsdə olan Loğman Abdullayevin həyat yoldaşı Nuridə Abdullayeva üzləşdikləri təhdidlərlə bağlı ölkə başçısı İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə deyilir:
“Mən 04 iyul 2015-ci il tarixdə həbs edilmiş Abdullayev Loğman Çingiz oğlunun həyat yoldaşıyam, himayəmdə iki azyaşlı uşaqlarım var.
Ərimin törətdiyi cinayətin mahiyyətini kənara qoyuram, o, qanun qarşısında cavab verəcək və bununla bağlı mətbuatda, rəsmi qurumların açıqlamalarında kifayət qədər məlumat verilib. Lakin hər bir tutulan şəxsin də hüquqları var və bu hüquqlar qanunlarda öz əksini tapıb.
Bizim həyatımız təhlükədədir və təssüflər olsun ki, bu təhlükə rəsmi dövlət qurumlarına görədir.
Ərim tutulandan sonra 80 gün Daxili İşlər Nazirliyinin BAŞ Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmış və ona olmayan işgəncə verilib. Öz işgəncələrini öz əli ilə yazıb bütün qrumlara göndərib, lakin buna əhəmiyyət verən yoxdur.
80 gündən sonra o Bakı İstintaq Təcridxanasına köçürülüb.
Mənim ərimin işlərindən xəbərim olmayıb, lakin indi mən də belə işgəncələrlə üz-üzə qalmışam. Bütün qohumlarımız qorxu altındadır. İntihar həddindəyəm.
Zərərçəkmiş Tofiq Zülfüqarova müstəntiqlərin yanında pulun bir hissəsi, ərim və digər təqsirləndirilənlər tərəfindən qaytarılıb. Bundan başqa Tofiq Zulfuqarov bizi qəqib edərk məhv edəcəyini, bir manat belə öğurlamamış qardaşım Elnuru və Ucar rayon sakini qohumumuz Gərayıda dəfələrlə həbs etməklə hədələmişdirlər.
Loğmanın telefonda mənə söylədiyinə görə, ona işgəncə verən idarədə dəfələrlə bildiriblər ki, pulların hamısını qaytara bilməsələr, Nüridəni, Gərayı və başqalarını “podvala” salıb aylarla saxlayacayıq.
İki körpəyə xatir mənə kömək edin”.