İmkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi - FOTO-YENİLƏNİB

9-12-2015, 18:10
0
İmkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi - FOTO-YENİLƏNİB
Azərbaycanın paytaxtında kimsəsiz və imkansız uşaqlar üçün sığınacaq açılıb, bu sığınacaq üçün imkanlı bir şəxs öz 3 mərtəbəli villasını verib.
 
Bu təşəbbüs Zirvə Ziyalılar Təşkilatı (ZZT) tərəfindən edilib.
 
Təşkilatın rəsmisi Fatimə Babayevanın sözlərinə görə, artıq sığınacaqda tamamlama işləri görülür və yaxın günlərdə kimsəsiz və imkansız uşaqlar üçün hər cür şəraitlə təmin edilən məkan tam hazır olacaq.
 
“Mənzili bizə adının açıqlanmasını istəməyən imkanlı bir şəxs təqdim edib. Burada biz kimsəsiz və imkansız uşaqların pulsuz təhsil alması və zəruri ehtiyaclarının qarşılanması üçün çalışacağıq.
 
İnsanlardan bu cür uşaqların sığınacağımıza yönləndirilməsini xahiş edirik. Küçədə kimsəsiz uşaq görsəniz maraqlanın və bizə bildirin. Uşaqlar bu soyuqda küçələrdə qalmasın, xüsusilə də qız uşaqları”, - Babayeva deyib.
 
Fatimə Babayeva həmçinin qeyd edib ki, sığınacağa könüllü müəllimlər də axtarılır.
 
Uşaqlara pulsuz təhsil vermək istəyənlər sığınacaqla əlaqə saxlaya bilərlər. QHT rəsmisinin sözlərinə görə, sığınacaq insanların yardımları ilə fəaliyət göstərəcək. 
 
Kimsəsiz və imkansız uşaqların yaşaması və təhsil ala bilməsi üçün yardım etmək istəyənlər Fatimə Babayeva ilə əlaqə (0558837063) saxlaya bilərlər. "Milli ön" aparatı ilə də yardım etmək mümkündür. Bunun üçün məbləğ daxil edilir, bank xidmətlərindən Dəmir bank seçilir. Sonra hesab nomresinə 170009956 yığıb altda mobil nömrə daxil edilir. İrəli düyməsini basıb yenidən hesab nömrəsi yazılır və nağd pul ödənişi edilir.

 

 

 

 

 

 

 

 

скачать dle 12.1
Xəbər lenti