Daha iki ərazidə təhlükəli parklanma yeri ləğv edildi – FOTO

17-12-2015, 14:17
0
Daha iki ərazidə təhlükəli parklanma yeri ləğv edildi – FOTO
Həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən daha iki ərazidə parklanma yerləri ləğv edilib.
 
Bu Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsi və Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində ( “Şəfa” stadionu ) yerləşən avtomobil tunelinin üzəridir.
 
Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Həmin ərazilərə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub.
 
 
 
скачать dle 12.1
Xəbər lenti