"BakuBus"a vayfay qurmaq istəyən yoxdur

17-12-2015, 14:21
0
"BakuBus"a vayfay qurmaq istəyən yoxdur
"BakuBus" MMC daxili əhatə dairəsini təkmilləşdirmək və bütün əsas inzibati, yaşayış, kommersiya və satış obyektlərində keyfiyyətli və əhatəli İBS və vayfay şəbəkəsinin qurulması barədə keçirdiyi tenderi ləğv edib.
 
MMC-nin yaydığı məlumata istinadən xəbər verir ki, tenderin keçirilməsi barədə elan oktyabr ayının 3-də verilib.
 
Bu addımın atılmasına səbəb kimi tender təklifi vermiş iddiaçıların sayının 3-dən az olması göstərilir.
скачать dle 12.1
Xəbər lenti