Azərbaycanda yeni agentlik yaradılacaq

20-12-2015, 23:14
0
Azərbaycanda yeni agentlik yaradılacaq
Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır. Bu haqda Dünya Bankının (DB) Bakı nümayəndəliyindən bildirilib.
 
Nümayəndilikdən qeyd ediblər ki, bu, Azərbaycan hökumətilə DB-nin birgə hazırladığı bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya layihəsində irəli sürülmüş mümkün ssenarilərdən biridir.
 
DB-nin Bakı ofisindən bildiriblər ki, hazırda müzakirələr davam edir: "Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq".
скачать dle 12.1
Xəbər lenti