"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin fəalları aktiv QHT-lərin və ziyalıların iştirakı ilə yeni bir kampaniyaya start verib.
Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr edilən "Ana harayı" abidəsinin qarşısında 2000 nəfər Azərbaycan vətəndaşının iştirakı ilə fləşmob çəkilişinin hazırlığına başlanılıb. Birliyin sədri, "Ana harayı" qəzetinin baş redaktoru, Şamil Sabiroğlu bildirib ki, "Xocalı soyqırımını dünyaya tanıdaq!" layihəsi çərçivəsində həmin gecə şəhid olan, yaralanan insanların beynəlxalq təşkilatlar, xarici ölkələrin parlamentləri tərəfindən tanınması məqsədilə belə bir aksiyaya start verilib. Layihənin ideya müəlliflərindən olan tanınmış telejurnalistlər - Ramil Adiloğlu və Yusif Yusifov fləşmobun ən azı 15 dilə tərcümə olunacağını və dünyanın 100-dən çox ölkəsində yayımlanacağını qeyd ediblər. Bildirdilər ki, çəkilişlərin daha da keyfiyyətli olması məqsədilə Ukrayna və İrandan peşəkar qrim ustaları, habelə, tele-operatorlar və texniki vasitələr gətiriləcək.