"ASAN xidmət" gömrüyü də asanlaşdırır

15-01-2016, 18:38
0
"ASAN xidmət" gömrüyü də asanlaşdırır


"ASAN xidmət"lərdə informasiya köşklərinin quraşdırılması barədə razılıq əldə edilib.

Yanvarın 15-də Dövlət Gömrük Komitəsində (DGK) Komitənin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə FaktXəbər-ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
 
Nümayəndə heyətləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra Dövlət Gömrük Komitəsi ilə yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.
Bundan başqa, tərəflər gələcəkdə “ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.
 

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
скачать dle 12.1
Xəbər lenti