"Mövcud sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmir"

26-01-2016, 18:07
0
"Mövcud sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmir"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həmsədrlər müxtəlif vaxtlarda sənədlər hazırlayıblar və onlar danışıqlar prosesində mövcud olan yeganə sənədlərdir".

Bu fikirləri bu gün Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

Həmin sənədlərin ATƏT-ə göndərildiyini deyə S. Lavrov bildirib ki, o sənədlər də münaqişənin həllinə heç bir təsir göstərməyib: "Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq".(Sputnik.az)

скачать dle 12.1
Xəbər lenti