“Neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir”

2-02-2016, 17:17
0
“Neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir”

“Düşünmürəm ki, OPEC-ə üzv olan, habelə digər neft hasil edən ölkələr, o cümlədən Rusiya “qara qızıl”ın qiymətini artırmaq üçün hasilatı azaldacaqlar”. Bu barədə “Bloomberg” agentliyinə müsahibəsində BP-nin baş icraçı direktoru Bob Dadli deyib.

B. Dadli deyib ki, Rusiya hasilatı 1-2% azalda bilər, lakin bu, neftin qiymətinə təsir etməyəcək.

“Fikrimcə, İran nefti bazara çıxarsa, qiymətlərdə volatillik müşahidə oluna bilər, lakin üçüncü və dördüncü rübdə tələbat bərpa olunacaq ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Ümumilikdə, cari ilin birinci rübündə müşahidə olunan qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə daha aşağıdır”, – deyə şirkət rəhbəri bildirib.

B. Dadli əlavə edib ki, neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir.

скачать dle 12.1
Xəbər lenti