İstəsələr də, sürətlə gedə bilməzlər

3-02-2016, 18:40
0
İstəsələr də, sürətlə gedə bilməzlər
 
"BakıBus"a məxsus avtobuslarda sərnişindaşımada təhlükəsiz xidmət əsas götürüldüyü üçün şirkətin mexanikləri tərəfindən avtobusların tənzimləmələrində sürət həddi 50 km/saat olaraq nizamlanıb və sürücü bu limiti dəyişmək imkanına malik deyil.
 
Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
 

 

Onun sözlərinə görə, bu sürət həddi yalnız hər hansı texniki nasazlıq nəticəsində maksimum 99 km/saat həddinədək aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür.
скачать dle 12.1
Xəbər lenti