Rövnəq Abdullayev də işçilərinə "NAZ-Lifan" maşınları sifariş verdi

15-02-2016, 16:05
0
Rövnəq Abdullayev də işçilərinə "NAZ-Lifan" maşınları sifariş verdi
Naxçıvan Avtomobil Zavodunun (NAZ) nümayəndə heyəti fevral ayının 15-16-da Çinə səfərə edəcək. Bu haqda zavodun direktoru Musa Abdullayev məlumat verib.
 
O qeyd edib ki, Azərbaycanı təmsil edəcək 10 nəfərlik nümayəndə heyətinin tərkibinə zavod rəsmiləri, ayrı-ayrı mütəxəssislər daxil edilib:
 
“Səfərdə məqsəd qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminatdır. Bu baxımdan geniş, əhatəli görüş gözlənilir”.
 
M.Abdullayev deyib ki, dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən “NAZ-Lifan” avtomobillərinin alınması üçün sifarişlər daxil olmaqdadır:
 
“ Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dan sonra, Dövlət Neft Şirkəti, “Cahan Holding” tərəfindən də avtomobillərimiz alınıb. Sifarişlər çoxdur, yaxın vaxtlarda icrasına başlayacağıq”.
скачать dle 12.1
Xəbər lenti