"Bakı Metropoliteni" 63 nəfəri işə qəbul edib

16-02-2016, 12:28
0
"Bakı Metropoliteni" 63 nəfəri işə qəbul edib
Fevralın 13-ü “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib.
 
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.
 
Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib.
 
İşə qəbul imtahanını uğurla keçən namizədlər “Bakı Metropoliteni” QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar. Xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir. 
скачать dle 12.1
Xəbər lenti