Tikilən binada mənzil alırsınız, amma bilmirsiniz ki...

19-02-2016, 16:06
0
Tikilən binada mənzil alırsınız, amma bilmirsiniz ki...
Azərbaycanda yeni tikililərdə mənzil satışının dövlət standartları müəyyən edilməlidir.
 
Bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.
 
 
Ekspertin sözlərinə görə, bəzən müştərilər yeni tikilən binalardan mənzil alanda onlar aldadılırlar: "Siz mənzil alırsınız, bilmirsiniz ki, təklif edilən mənzilin sahəsi necə hesablanır. Bəziləri "təmiz sahə"ni, bəziləri ümumi sahəyə divarların sahəsini əlavə edir. Elə ölkələr var ki, orada hətta mənzilin sahəsinə mərtəbədəki ümumi istifadə üçün nəzərdə tutulan hissələri də salırlar (proporsiyaya uyğun). Yaxud da mənzil alırsız və bilmirsiz bu, hansı sinfə - "ekonom klass"a, "komfort klass"a, "biznes klass"a, yoxsa başqa sinfə aiddir. "Komfort klass" mənzillərini sizə "premium" kimi də təklif edə bilərlər. Siz də aldanırsınız, çünki bilmirsiniz ki, əslində, "premium klass" necə olmalıdır. Tikilən binada mənzil alırsınız, heç bilmirsiniz bu binadakı mənziliniz necə olacaq, hansı şəraitdə və keyfiyyətdə təhvil alacaqsınız. Həmişə olduğu kimi qapı, pəncərəni yenisi ilə əvəz edəcəksiniz? Bina tikiləndə söz verilir ki, uşaq meydançası olacaq. Ancaq bina tikiləndən sonra meydança nəsə gözə dəymir..."
 
 
Ona görə də, R.Əliyevin fikrincə, bu halların qarşısını almağın çox sadə üsulu var - yeni tikililərdə mənzil satışının standartları müəyyən edilməlidir: "Bu standartlar dövlət tərəfindən müəyyənləşdirilib təsdiq edilməli və bütün tikinti şirkətləri mənzillərin satışını həmin standartlara uyğun həyata keçirməlidirlər. Məsələn, qeyd edilməlidir ki, sahə necə göstərilməlidir, binaların sinfi necə müəyyənləşdirilməlidir, hansı kommunikasıyalar mövcud olmalıdır. Məsələn, heç kim bilmir ki, "komfort klass" bina nədir və necə olmalıdır.
 
Çox gülməlidir ki, ölkədə hələ də daşınmaz əmlakın sinfini müəyyən edən heç bir metodologiya və ya standart yoxdur..."
скачать dle 12.1
Xəbər lenti