Evdə 3 xəstəyə baxan Qəbələ sakini məmurları evinə dəvət edir

7-03-2016, 16:00
0
Evdə 3 xəstəyə baxan Qəbələ sakini məmurları evinə dəvət edir
"Mən 18 ildir ki, ailə başçısını itirmişəm. Uzun illərdi 2 xəstə övladıma və gözdən əlil xəstə qaynanama baxıram. Heç bir yerdə işləmirəm. Çünki yataq xəstəsb olan qaynanamı tək kimsəsiz qoyub işləyə bilmirəm. Ona məndən başqa baxan yoxdur". Bu sözləri Qəbələ rayonu Dızaxlı kənd sakini Abdurəhmanova Turanə Ağababa qızı dövlət məmurlarına ünvanladığı müraciətində bildirib.
 
 
Övladlarından ikisinin -  Mirzəyev Elvin Məzahir oğlu  və Mirzəyeva Şəhanənin Hepatit C xəstəliyindən əziyyət çəkdiyini bildirən ana, hər iki uşağının Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olduğunu vurğulayıb. O, xəstə övladlarının müalicəsi üçün bankdan götürdüyü krediti ödəyə bilmədiyini deyir: "Artıq onların təkrar müalicəsinin vaxtı ötüb, ancaq imkansızlıqdan xəstə övladlarımı müalicə etdirə bilmirəm".
 
 
Turanə Abdurəhmanova dərdlərin bununla bitmədiyini deyir: "Evimizin dam örtüyü köhnə kirəmitdən olduğu üçün yağan yağış otaqlara damır. Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də, bizim ailənin dərdinə kömək edən yoxdur. Çox acınacaqlı bir vəziyyətdə yaşayırıq. Artıq nə edəcəyimizi bilmirik, övladlarımnı itirməkdən qorxuram. Ona görə də ümidim Allaha və Sizlərədir. Hörmətli Prezident cənab İlham Əliyev, hörmətli Mehirban xanım Əliyeva, hörmətli millət vəkilləri, hörmətli Fəttah Heydərov, hörmətli nazirlər, hörmətli Kəmaləddin Heydərov, hörmətli din xadimləri, hörmətli insanlar sizdən çox-çox xahiş edirəm, yalvarıram, and verirəm Allaha  imkan daxilində bizim ailəyə köməklik edin".
 
 
Artıq bayram yaxınlaşdığına baxmayaraq, ailələrinin matəm içində olduğunu bildirən Qəbələ sakini dövlət məmurlarını evinə dəvət edir: "Gəlin, baxın, görün, hansı şəraitdə, hansı vəziyyətdə 3 ağır xəstə necə yaşayır, zülm əzab-əziyyət çəkir. Biz yaşamırıq  zülüm çəkirik. Xahiş edirik bizə kömək edin".
скачать dle 12.1
Xəbər lenti