İsveç mətbuatı bu azərbaycanlı gəncin qəhrəmanlığından yazır - FOTO

11-03-2016, 14:58
0
İsveç mətbuatı bu azərbaycanlı gəncin qəhrəmanlığından yazır - FOTO
İsveçin paytaxtı Stokholmda yaşayan azərbaycanlı Rüfət Mirzəyev silahlı hücuma məruz qalan qadını xilas edib.
 
Azərbaycanlının bu cəsarətli hərəkəti barədə İşveç mətbuatında, xüsusən də “Stockholm Direkt” nəşrində yazı dərc edilib: “Bu hadisə Rüfət Mirzəyevin şəxsi avtomobildən düşən vaxt baş verib. Belə ki, cani avtobus dayanacağında dayanmış qadını tapanca ilə təhdid edərək “Səni öldürəcəyəm!” – deyə qışqırır. Silahsız Rüfət əvvəlcə polis çağırır, daha sonra isə silahlı cinayətkara yaxınlaşaraq onun sakitləşməsini xahiş edir və bildirir ki, o, silahla insanları hədələməməlidir. Cinayətkar qadından əl çəkərək qaçmaq istəyən zaman Rüfət onun arxasınca gedir”.
 
“O soruşanda ki, "arxamca nə üçün gəlirsən", m ən cavab verdim ki, "polislər artıq gəlir və silahı təhvil ver". Bu zaman cinayətkar tapancanı mənə tərəf tuşladı, mən isə bir hərəkətlə silahı onun əlindən yerə saldım. Bundan sonra cinayətkar qaçmağa başladı. Mən tapancanı əl izim qalmadan götürdüm və polis operatoru ilə əlaqə saxladım. Oradan mənə bildirdilər ki, cinayətkarı izləyim. Mən onun ardınca qaçdım və silahı metronun girişində qoydum. Bildim ki, o qatara minsə qaçacaq, ona görə də onu izlədim”, - R.Mirzəyev nəşrə bildirib.
 
Bundan sonra həmvətənlimiz cinayətkarın harada olduğunu bildirib və polis canini saxlayıb. Sən demə cinayətkarda pnevmatik tapanca olub.
 
“Polis məndən bu cür riskli hərəkəti necə etdiyimi soruşanda, cavab verdim ki, mən silahla hədələnərək qorxan insanlara kömək etmək istədim. Mən həmin an insanlara mütləq yardım etməli idim”, - Rüfət İsveç mətbuatına bildirib.
 
 
 
1news.az İsveçdə yaşayan Rüfət Mirzəyevlə əlaqə saxlaya bilib. O sayta bunları deyib: “Mən əməkdar məşqçi, Azərbaycan Ciu-citsu Federasiyasının rəhbəri Mir Əli Seyidovun tələbəsiyəm. Stokholmda cinayətkarın qadını silahla hədələməsini görəndə DİN-də çalışdığım zamanlar Mir Əli Seyidovun mənə öyrətdiyi hərəkətlə onun silahını yerə saldım”.
 
Qeyd edək ki, azərbaycanlının bu cəsarətli addımı İsvec polisi tərəfindən çox müsbət qarşılanıb. Xüsusən də, Stokholm polis nümayəndəsi Lars Bistrom bəyan edib ki, bu, yaxşı hərəkətdir ki, insanlar cinayətkarı dayandırmağa çalışırlar.
 
“Bu insan öz imkanlarını düzgün qiymətləndirib və hər şey problemsiz-itkiiz bitib. Əgər cinayətin qurbanına yardım etmək imkanına maliksinizsə, lazımı səviyyədə güc tətbiq edə bilərsiniz”, - deyə L.Bistrom vurğulayıb və əlavə edib ki, hər zaman polisə müraciət etmək lazımdır.
скачать dle 12.1
Xəbər lenti