İstanbul terrorunu törədən şəxsin kimliyi məlum olub

21-03-2016, 15:32
0
İstanbul terrorunu törədən şəxsin kimliyi məlum olub

Türkiyənin daxili işlər naziri Efkan Ala, nazirlikdə təşkil etdiyi mətbuat konfransında martın 19-da İstanbulda törədilən terrorla bağlı açıqlama verib. Nazir terror hücumunu həyata keçirən şəxsin kimliyinin müəyyən edildiyini bildirib:

“Bu adam, 1992-ci il təvəllüdlü, Gaziantepdə yaşayan Mehmet Öztürkdür. Əlimizdəki dəlillər terroristin İŞİD-lə əlaqəli olduğunu göstərir. Terroristin başqa əlaqələri və arxasında duran qüvvələrin olub-olmadığı araşdırılır.

Nazir, hadisənin ardından 5 adamın nəzarət altına alındığını da bildirib.

скачать dle 12.1
Xəbər lenti