ABŞ bütün siyasi məhbusları azad etməyə çağırır

29-03-2016, 15:15
0
ABŞ bütün siyasi məhbusları azad etməyə çağırır

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Azərbaycanda tanınmış hüquqşünas İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı bəyanatla çıxış edib.

“ABŞ insan hüquqları sahəsində hüquqşünas İntiqam Əliyevin şərti azadlığa buraxılması barədə Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayır.

 

Bu, martın 17-də onlarla digər şəxsin azadlığa buraxılmasından sonra baş verib. Biz hökuməti öz fundamental azadlıqlarını həyata keçirməyə görə həbs olunan digər şəxsləri azad etməyə və artıq azad olunanların üzərindən sərbəst hərəkət məhdudiyyətini götürməyə çağırırıq. Biz digər əlavə müsbət addımlara nail olmaq üçün Azərbaycan hökumətilə işi davam etdirmək niyyətindəyik”, – bəyanatda vurğulanıb.

скачать dle 12.1
Xəbər lenti