Ermənistan daxilində kəskin ziddiyyət yaranıb

5-04-2016, 13:09
0
Ermənistan daxilində kəskin ziddiyyət yaranıb

Sülhəddin Əkbər: «Daxildə gedən siyasi mübarizədə Ermənistan  Rusiyanın fikirlərini nəzərə almaq məcburiyyətindədir»

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsində kompromisə gedə biləcəklərini söylədikdən sonra növbəti dəfə aqressiv ritorikaya keçərək, rəsmi Bakı qarşısında şərtlər qoymağa başlayıb.

Rusiya mediasının yaydığı məlumata görə, Sərkisyan rəsmi Yerevanın qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıya biləcəyini deyib. O, həm atəşkəsi ermənilərin pozduğunu deyib, həm də qeyd edib ki, hərbi əməliyyatların miqyası genişlənərsə, Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərik.

Rusiyanın əksər KIV-ləri, xüsusən də Kremlə bağlı media orqanları – “Rossia Today”, “Sputnik”, “Lifenews” və digərləri hərbi əməliyyatların gedişinə və cəbhədə baş verənlərə dair reportajlarında birmənalı şəkildə ermənilərin mövqeyindən çıxış edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər  hesab edir ki, yaranmış vəziyyətdə Ermənistanın siyasi rəhbərliyi nə edəcəyini bilmir. Ekspert bu ölkədə yaranmış ziddiyyətli situasiyanı şərh edir: “Bu ziddiyyətin olması təbiidir. Bir tərəfdən, Ermənistanın daxilində siyasi mübarizə gedir. Həmçinin, Ermənistan Rusiyanın fikirlərini nəzərə almaq məcburiyyətindədir. Cəbhədəki reallıq da göz önündədir.  Ermənistan rəhbəri öz daxilindəki ictimai-siyasi vəziyyəti, cəbhədəki vəziyyəti, həm də Rusiyanın mövqeyini nəzərə alır. Bu ziddiyyətlər də ordan qaynaqlanır”.

скачать dle 12.1
Xəbər lenti