“S&P” – beynəlxalq kredit reytinqi agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BB” səviyyəsinə endirib. Şirkətin qısamüddətli korporativ kredit reytinqi isə “B” səviyyəsində müəyyən edilib. Reytinq üzrə proqnoz isə “Sabit”dir.
“S&P” həmçinin “Azərenerji”nin reytinqini “CreditWatch” siyahısından çıxarıb. Xatırladaq ki, bu il, yanvarın 11-dən etibarən “zərnerji” həmin siyahıya mənfi reytinqə düşmüşdü.