Bankların ödədiyi vergi 30 faiz azalıb

18-05-2016, 15:56
521
Bankların ödədiyi vergi 30 faiz azalıb

«Bank sektorundan vergi daxilolmaları azalıb».

Bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyev bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə bank sektorundan vergi daxilolmalarında 30 faiz azalma qeydə alınıb.

2016-cı ilin yanvar-fevral aylarında Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv edib. Bir sıra banklara konsolidasiya təklifləri verib.

Sonradan onlardan birinin –«NBC Bank»ın lisenziyası qaytarılıb.

Üstəlik, bank sektorunda 1.5 milyard manat həcmində problemli kreditlərin olduğu bildirilir.

скачать dle 12.1
Xəbər lenti