Türkiyədə 15-16 iyul hərbi çevriləşə cəhddən sonra başlayan “Gülən əməliyyatı” ilə bağlı son günlər SOCAR-ın adı tez-tez hallanır. SOCAR-ın Türkiyədə aldığı “Petkim” şirkətində yoxlamalar həyata keçirilib və həbslər olub.
Bu gün isə Türkiyə prezidenti Ərdoğanın SOCAR-ın rəhbəri Rövnəq Abdullayevi qəbul etməsi haqda məlumat yayılıb.
Bu məlumat Türkiyədə SOCAR-a qarşı aparılan əməliyyat kontekstində ciddi maraq doğurur.
SOCAR-ın yaydığı məlumatda bu barədə heç nə qeyd olunmasa da, şübhə doğurmur ki, qeyd olunan mövzu da müzakirə edilib.