BMW irqi ayrı-seçkilik iddialarına görə 1.6 milyon dollar ödəyəcək

9-09-2015, 17:38
0
BMW irqi ayrı-seçkilik iddialarına görə 1.6 milyon dollar ödəyəcək
BMW avtomobil şirkəti irqi ayrı-seçkilik qurbanı olduqlarını iddia edən onlarla keçmiş afroamerikalı işçinin iddiaları üzrə 1.6 milyon dollar ödəməyə razı olub.
 
Şirkət, bundan başqa, iddiaçılara iş yeri təqdim etmək barədə öhdəlik də götürüb.
 
BMW-yə qarşı irqi ayrı-seçkilik barədə iş 2013-cü ildə qaldırılıb. Şirkət podratçısı son yeddi ildə məhkumluq həyatı yaşamış bütün işçiləri işdən azad edərək, ABŞ-dakı müəssisədə kadr təmizləməsi həyata keçirib.
 
Yeni podratçı isə işə başlayan kimi şəxsi işlərin yeni yoxlanışı başlayıb, nəticədə həyatı boyu ən azı bir dəfə məhkumluq həyatı yaşamış bütün əməkdaşlar işdən azad edilib. 70 afroamerikalı daxil olmaqla, 88 nəfər işini itirib.
 
İşdən azad edilən əməkdaşlardan bəziləri Şirkətdə 10 ildən artıq müddətdə işləyib./SalamNews/ 
скачать dle 12.1
Xəbər lenti