“Kurtlar Vadisi” satanizm elementlərindən istifadəyə davam edir - VİDEO

9-09-2015, 17:39
0
“Kurtlar Vadisi” satanizm elementlərindən istifadəyə davam edir - VİDEO
Türkiyə və Azərbaycanda məşhur olan “Kurtlar Vadisi Pusu” teleserialında müsəlmanları namaza çağıran azandan fon musiqisi kimi istifadə edilir. Serialın fon musiqisinin adı "Naze" olması da çox maraqlıdır. “Naze”ni əksinə oxuduqda “ezan” alınır. Diqqətlə qulaq asanda aydın olur ki, serialda səs prodüsserləri əks-yazı texnikasından yararlanıblar.
 
Serialın musiqi və sound-treki məşhur türkiyəli müğənni Gökhan Kırdarın studiyasında yazılır. Səs prodüsserlərinin bu “texniki ədəbsizliyi” Türkiyə və Azərbaycan dindarlarının narazılığına səbəb olub. İnsanlar hesab edir ki, bu hərəkət İslam dəyərlərinin düşünülmüş şəkildə təhqir olunmasına yönəlib və dindar müsəlmanların hisslərinə həqarət məqsədi güdür. 
 
Duanın axırdan əvvələ oxunması müasir satanistlərin üsuludur. Ovsun ayinlərində istifadə olunan üsul şərlə əlaqəlidir. “Əks meditasiya” adlanan duanın axırdan əvvələ oxunması və duaların ələ salınaraq təhrif olunması XVII əsr Avropasında geniş yayılımışdı. 
 
Həmin dövrdə Avropada bu üsulla iyrənc və vahiməli şeytani ayinlər yaradılaraq icra olunub. Ayələrin, duaların və Bibliyaya məxsus mətnlərin əksinə oxunmasından şamanlar, cadukarlar və satanistlər geniş istifadə edirlər. 
 
Videoda azan elementləri, daha dəqiq "Allahdan başqa tanrı yoxdur, Məhəmməd (s) peyğəmbər onun elçisidir" cümləsi aydın eşidilir.
скачать dle 12.1
Xəbər lenti