Əlillər üçün xeyriyyə aksiyası keçiriləcək

9-09-2015, 17:44
0
Əlillər üçün xeyriyyə aksiyası keçiriləcək
Sentyabrın 12-də Sumqayıt şəhərində fəaliyyət göstərən "Uğur" klinikasında əlillər üçün "Açıq qapı" xeyriyyə aksiyası keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli verib. Bildirib ki, xeyriyyə aksiyası BDM sədri, Azərbaycan Sosial Rifah Partiyasının Aparat rəhbəri İsmayıl Ağayevin təşəbbüsü və dəstəyi ilə baş tutacaq: "Sentyabrın 12-də səhər saat 9-dan axşam 7-dək davam edəcək aksiya zamanı klinikaya müraciət edən əlillər pulsuz müayinə olunacaq, onlara müvafiq müalicə yazılacaq".
 
Qeyd edək ki, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev hər il müxtəlif təbəqələrdən olan insanlar üçün pulsuz tibbi aksiya həyata keçirir.
скачать dle 12.1
Xəbər lenti