Bunu BBC Azərbaycancaya müsahibəsində ABŞ-ın Azərbaycana keçmiş səfiri Richard Kauzlarich bildirib. O, Dövlət Departamenti sözçüsünün şərhlərini “dolaşıq” adlandırıb.
Cənab Kauzlarich referendumunun demokratik proses kimi təsviri ilə razı olmadığını bildirib.
O həmçinin ABŞ üçün indiki Azərbaycan hökümətində demokratik qurumları gücləndirmək üçün heç bir ortağın olmadığını deyib.
Bu mühitdə ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafına yönəli necə işləyəcəyini təssəvür edə bilmədiyini deyən keçmiş səfir, “sakit diplomatiyanın işləmədiyini” vurğulayıb.