Şirvan Apellyasiya məhkəməsində prokrorluq orqanlarından bəyanatla istefa vermiş müstəntiq Rüfət Səfərovun şikayəti üzrə ilkin baxış iclası keçirilib . Müdafiəçi Bəhruz Bayramov həbs qətimkan tədbirinin dəyişdirilməsi, müdafiə etdiyi şəxsin onun yanında əyləşdirilməsinin təmin edilməsi və məhkəmənin İstintaqla keçirilməsi barədə vəsatətlər verib. Prosesə sədrlik edən hakim Ələsgər Novruzov məhkəmənin qismən istintaqla keçirilməsi barədə qərarı elan edərək baxış iclasını dekabrın 1-nə təyin edib.
