Sabahdan etibarən “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq. “Bakı Metropoliteni” QSC-dən fins.az-a verilən xəbərə görə, təmir-bərpa işləri təxminən 2 həftə davam edəcək.
“Xətai” stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edə bilərlər. Qeyd edək ki, “Cəfər Cabbarlı” stansiyasının 2-ci yolu “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.