2016-cı il üzrə Qlobal İnnovasiya İndeksinin ölkələr üzrə sıralaması açıqlanıb. İnnovasiya iqtisadi inkişafın mühərriki hesab olunur.
Siyahıda 128 ölkə yer alıb. Sıralamanın ilk beşliyində ardıcıl olaraq İsveçrə, İsveç, Böyük Britaniya, ABŞ və Finlandiya qərarlaşıb. Post-sovet ölkələri arasında ən yüksək yeri 24-cü yerlə Estoniya tutur.
Cənubi Qafqaz ölkələri arasında 85-ci mövqe ilə Azərbaycan sonuncudur. Ermənistan 60, Gürcüstan isə 64-cü yerdədir. Azərbaycan hətta Mozambik, Ruanda, Keniya kimi Afrika ölkələrindən də geridədir.