Meydan TV əməkdaşı saxlanıldı

16-09-2015, 20:49
0
Meydan TV əməkdaşı saxlanıldı

Meydan TV ilə əməkdaşlıq edən reportyor, 22 yaşlı Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

O, Bakı vaxtıyla saat 16:00 radələrində evinin yaxınlığında yerləşən mağazaya gedərkən Bakı şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparılıb.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

 

Xatırladaq ki, bundan bir neçə gün öncə Meydan TV'nin əməkdaşları Baş Prokrorluqda dindirilmişdi. Bu ilk belə hal deyil və son olmayacağı da göz önündədir. get-gedə şiddətlənən jurnalist "ovu" davam etməkdədir və bu heç də yaxşı nə isə vəd etmir.

 

Xatırlayırsızsa jurnalistlərə qarşı artan templə başlayan repressiya siyasətinin ilk qurbanlarından biri də, Dünya Xeberleri İnformasiya Agentliyinin müxbiri Mikayıl Əsədov olmuşdu. Jurnalist Əsədov 2012 ci ildə, repressiyalara start verilən dönəmdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılmış, orda işgəncələrə məruz qalmışdı. Sonradan ağır işgəncə xəsarətləri ilə Respublika Tramatologiya İnistutuna  yerləşdirilmişdi jurnalist. Həmin müddətdən sonra Agentliyə edilən basqından sonra Tapdıq Qurbanlı həbs edilmiş, lakin Mikayıl Əsədov axtarılsa da istintaqa cəlb edilməmişdi. Onun sonradan nə ilə üzləşdiyi və aqibəti haqda heç bir bilgi əldə etmək mümkün olmamışdı.

 

 

скачать dle 12.1
Xəbər lenti