Pandimiya və Ramazan ayı boyunca Araz marketlər şəbəkəsinin bəzi marketlərində “İmkanınız varsa əlavə edin, ehtiyacınız varsa götürün” kompaniyalarının keçirilməsini müşahidə etdik. Altınci mikrorayon ərazisində yerləşən Araz marketin direktor müavini Ramin Əliyev bildirir ki, məqsədimiz pandimiya dövründə insanlara kömək etmək idi və eyni zamanda Ramazan ayıda bu araya təsadüf etdiyindən bu insanlara iki qat fürsət yaratdı. Həm Araz marketlər şəbəkəsinin işçiləri həmdə imkanlı şəxslər bu kompaniyaya öz dəstəyini vermişdir. Kompaniya müddətində əksər müştərilərimiz həm yardım edirlər həmdə ehtiyaclı insanlar ərzaq yardımından bir başa faydalanıblar.
Qeyd etmək istərdik ki, Araz marketlər şəbəkəsindən belə bir xeyriyyəcilik təşəbbüsü digər böyük marketler üçün çox nümunəvi addımdir lakın belə addımı digər marketlərdən görə bilmədik.