Ziya Məmmədov işə çıxmır

17-09-2015, 22:31
0
Ziya Məmmədov işə çıxmır

“Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə gedib”. Bu haqda Modern.az saytına nazirliyin mətbuat katibi Namiq Həsənov məlumat verib. O, mətbuat nümayəndələrinə müraciət də edib:

“Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi mətbuatın “Ziya Məmmədov işə gəlmir”, “Tədbirlərə qatılmır” kimi fikirlərinə cavab olaraq bəyan edirəm ki, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir.
Qoy, bütün kütləvi informasiya vasitələri bilsinlər ki, bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil”.

скачать dle 12.1
Xəbər lenti