Ermənilər Kanada parlamentindən Laçın yolundakı vəziyyətlə bağlı dəstək əldə edə bilməyiblər

26-01-2023, 21:03
4 739
Ermənilər Kanada parlamentindən Laçın yolundakı vəziyyətlə bağlı dəstək əldə edə bilməyiblər

Dünən Kanadadakı erməni diasporu ölkə parlamentində Azərbaycanın hərəkətlərini pisləmək məqsədilə Laçın yolunda vəziyyətlə bağlı müzakirələr aparılması təşəbbüsü irəli sürüb. 

Parlamentin Beynəlxalq Əlaqələr Komitəsindəki dinləmələrdə Kanada xarici işlər nazirinin katibi Robert Olifant çıxış edib.

Olifant 3 dinləmədən birincisində Kanadanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və onun ərazisində qeyri-legitim qurumları tanımadığını bildirib.

Eyni zamanda, o, hazırki vəziyyətin çoxillik münaqişənin bir hissəsi olduğunu və problemə bu kontekstdə baxılmalı olduğunu nəzərə almağa çağırıb.

Eyni zamanda, o, Laçın yolunda baş verənləri humanitar fəlakət və mühasirə adlandırmazdan əvvəl orada baş verənləri araşdırmaq lazım olduğunu qeyd edib.

Dinləmələrdə erməni və Azərbaycan diasporlarının nümayəndələri də çıxış ediblər. Ermənistan nümayəndələrinin məruzəçini vəziyyəti anlamamaqda ittiham etmək cəhdlərinin qarşısı debatlara sədrlik edən şəxs tərəfindən alınıb. 

скачать dle 12.1
Xəbər lenti